İstehlakçı hüquqları

Sərbəst seçim hüququ

Azərbaycan Respublikasında istehlakçılar mal, iş və xidmətləri, o cümlədən onların istehsalçısı, icraçısı və satıcısını sərbəst seçmək hüququna malikdirlər. İstehlakçı satıcının iş saatlarına uyğun olaraq, özü üçün əlverişli vaxtda mal və xidmət seçə bilər. Satıcı isə istehlakçıya mal və xidmət seçməkdə hər cür köməklik göstərməlidir. Alıcını keyfiyyətsiz və ya ona lazım olmayan malları almağa və xidmətlərdən istifadə etməyə məcbur etmək qadağandır. İstehlakçı satıcının təklif etdiyi süni dəstdən yalnız ona lazım olan malı seçmək hüququna malikdir.

Satıcı konkret malın başqa mal ilə birlikdə satışını, eləcə də müəyyən xidmətlərlə əlaqələndirilməsini məcburi edə bilməz. Yalnız malın quraşdırılması və ya yığılması mütəxəssis tələb edərsə, bu hal istisnadır.

Qanunvericilik

Keçid et arrow