star Hara müraciət edim?

İstehlakçı hüquqlarınız pozulub?

Şikayət və sorğularınız üçün sizə bələdçilik edirik

İlk mərhələ

İlk mərhələ

Sahibkara müraciət et

İstehlakçılara tələblərinin təmin olunması üçün ilk növbədə sahibkarlıq subyektlərinə müraciət etmələri tövsiyə olunur.

Problemin həlli istiqamətində uzlaşma olmadığı halda, istehlakçılar hüquqi müdafiə vasitələrindən istifadə edə bilərlər.

Hər bir istehlakçının müraciət etmək hüququ var.

İstehlakçılar bu məqsədlə inzibati orqanlara, məhkəməyə, ictimai birliklərə müraciət edə və ya mediatorların dəstəyindən faydalana bilərlər.

Sonuncu mərhələ

İnzibati orqanların siyahısı və
əlaqə vasitələri

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi

Rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, ölkədə dövlət əyar nəzarəti, qiymətli metalların və daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, izlənməsi sahələrində dövlət siyasətinin formalaşdırılmasında iştirak və həmin siyasətin həyata keçirilməsini təmin etmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi

Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

İcrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsini təşkil etmək, onun təkmilləşdirilməsi və sadələşdirilməsi üçün tədbirlər görmək, mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən nəzarət və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq, gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Turizm, o cümlədən turizm və rekreasiya zonalarının fəaliyyəti və tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahələrində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir.

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Azərbaycan Respublikasının Energetika Nazirliyi

Yanacaq-energetika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tədbirlərin həyata keçirilməsini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək, müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlər görmək, vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin edtmə və onun aparıcı istiqamətlərini müəyyənləşdirmək, müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin etmək, qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyata keçirilməsini təmin etmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

Daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını, habelə ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək, daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması əsas funksiyalarından biridir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində normativ tənzimləmə, qida təhlükəsizliyi ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarəti, qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsi, müvafiq subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması, texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiqinin həyata keçirilməsi əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar fərdi məlumatlar və nəqliyyat sahələrində dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

Əhalinin sağlamlığının qorunması sahəsində dövlət tənzimləməsini həyata keçirmək, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etmək əsas fəaliyyət istiqamətlərindəndir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirir.

Enerji Məsələlərini Dövlət Tənzimləmə Agentliyi

Enerji Məsələlərini Dövlət Tənzimləmə Agentliyi

Ölkədə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxmaq, qüvvədə olan qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək əsas fəaliyyət istiqamətlərindəndir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi

İnformasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirir.