İstehlakçının malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanması hüququ var. Markalanma bu məhsulların müəlliflik və əlaqəli hüquqlara uyğun hazırlandığını, dövlət orqanlarından razılıq alındığını və yayılmasına icazə verildiyini göstərir.
Nəzarət markası istehlakçıların təhrif edilməmiş, doğru və əxlaqi dəyərlərə uyğun hazırlanan mal, məmulat və məlumat materiallarından istifadə etməsinə şərait yaradır. Belə məhsulların istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Aşağıdakı məhsulların nəzarət markası ilə markalanması tələb olunur:
Satıcı, istehsalçı və ya icraçı istehlakçıya nəzarət markası ilə markalanmış malları, məmulatları və məlumat materiallarını təqdim etməlidir. Nəzarət markası ilə markalanmamış malların, məmulatların və məlumat materiallarının yayılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İstehlakçı mal, iş və xidmətlərin təhlükəsiz istifadəsi, saxlanılması, daşınması, eləcə də əmlakına ziyan vurulmamasının təmin olunması hüququna malikdir.
Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə yaradan mal (iş və xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir. İstehsalçı (icraçı) bu malların təlimatlarında xidmət (yararlılıq) müddətini göstərməlidir.
Mal, iş və xidmətin təhlükəsiz istifadə, daşınma və saxlanması üçün xüsusi qaydalar tələb olunursa, istehsalçı bu qaydaları müəyyən etməli, satıcı isə istehlakçıya bildirməlidir.
İstehlakçı mal, iş və xidmətdən qaydalara uyğun istifadə edərsə, lakin həmin mal, iş və xidmət onun həyatı, sağlamlığı, əmlakına və ətraf mühitə zərər vursa, istehsalçı zərər səbəbləri aradan qaldırılanadək istehsal və satışı dayandırmalı, məhsulu geri almalı və dövriyədən çıxarmalıdır.
Zərərin səbəbləri aradan qaldırılmadıqda istehsalçı belə mal, iş və xidmətləri istehsaldan çıxarmalı, dövriyyədən yığmalı və istehlakçıdan geri almalıdır. Əgər istehsalçı bunu etməzsə, dövlət nəzarət orqanları bu qərarı qəbul etməlidir. Bunun nəticəsində qida məhsulları təhlükəli və yararsız sayıldıqda məhv edilməli və ya utilizasiya olunmalıdır.
Mal, iş və xidmətlərin geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri istehsalçı və ya icraçı tam həcmdə ödəməlidir.
İstehsalçı mal, iş və xidmətin təhlükəsiz istifadəsi və ehtimal olunan risklər barədə beynəlxalq təcrübəyə uyğun işarələrlə istehlakçılara məlumat verməlidir.