İstehlakçıların mal, iş və xidmət haqqında düzgün və lazımi məlumatları almaq hüququ var. İstehlakçının düzgün seçim edə bilməsi üçün satıcı aşağıdakı məlumatları təqdim etməlidir:
Mal haqqında verilən məlumat istehlakçını çaşdırmamalı və aydın şəkildə təqdim edilməlidir. Yanlış və ya natamam məlumat istehlakçının tələblərinə zidd mal, iş və xidmət almasına səbəb olarsa, onun müqaviləni ləğv etmək, zərərin ödənilməsini tələb etmək hüququ var.
Ölkə ərazisində istehsal olunan malların üzərindəki etiketlər digər xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Ölkəyə gətirilən malların etiketi, adı və izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşaiyət olunmalıdır.
Azərbaycan Respublikasında satılan mal, iş və xidmətlərin qiymətləri yalnız manatla göstərilməlidir.
Əgər satılan mal istifadə olunubsa, satıcı istehlakçıya bu barədə düzgün məlumat verməlidir. İstifadə olunmuş malların qüsurları barədə satıcı həm şifahi, həm də yazılı formada istehlakçını məlumatlandırmalıdır.
Satıcı istehlakçıya mal satarkən qəbz, kassa çeki və ya digər yazılı sənəd təqdim etməlidir.
Ticarət obyektlərində istehlakçıya müstəqil şəkildə və ya satıcının köməyi ilə mallara baxmaq, onların xüsusiyyəti ilə tanış olmaq, işləməsini nümayiş etdirmək imkanı verilməlidir.
Malların üzərində onun adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır. Malın adı, çəkisi və növü qutusunda varsa, qiymət yarlığında ancaq mal vahidinin dəyəri göstərilməlidir.
Daimi ticarət yerindən kənarda və ya səyyar formada satış zamanı satıcı malın adı və qiyməti ilə yanaşı, təsdiq edilmiş qiymət siyahısına (preyskuranta) malik olmalıdır.
Unutmayın ki, aşağıdakı hallar inzibati məsuliyyətə səbəb olur: