“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsızdır. Məsələn, müqavilələrdə mübahisə yarandıqda müvafiq orqanlara və ya məhkəmələrə müraciət etmək hüququnun istisna edilməsi; müqavilə öhdəlikləri ilə bağlı ödənişlərin yalnız nağd və ya nağdsız qaydada ödənilməsi; satıcı və ya istehsalçının məhsulun keyfiyyətinə görə heç bir məsuliyyət daşımadığını bildirən müddəalar; zəmanət və ya geri qaytarma hüququnu ləğv edən şərtlər, satıcının müqavilə müddəalarını istehlakçının razılığı olmadan dəyişdirmək hüququnu saxlaması; xidmətin qiymətini və ya şərtlərini xəbərdarlıq etmədən artırmaq; istehlakçının xəbəri olmadan əlavə ödənişlərin müqaviləyə daxil edilməsi və s. istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri hesab edilə bilər.
İstehlakçı müqavilə müddətində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, aşağıdakı tələblərdən birini irəli sürə bilər:
İş və ya xidmət göstərilməsi zamanı qüsurlara yol verilibsə, istehlakçı:
Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, istehlakçı qeyri-qida məhsulunun ona verildiyi andan 14 gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bir şərtlə ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Müqavilə şərtləri istehlakçının hüquqlarını məhdudlaşdırarsa, bu şərtlər etibarsız sayılır. Bu halda istehlakçıya zərər dəyibsə, həmin zərər tam şəkildə ödənilməlidir.