star Biz kimik?

İstehlakçı hekayəmiz buradan başlayır

Biz qarşılıqlı etimada söykənən istehlakçı-sahibkar münasibətlərinin gücləndirilməsi üçün çalışırıq

Biz kimik?

Biz kimik?

İstehlakçı iqtisadiyyata yüksək təsir qabiliyyətinə malik olan gücdür. Məlumatlı istehlakçı isə daha böyük qüvvədir. Bu platformanın yaradılmasında ilkin məqsəd də elə məlumatlı istehlakçını formalaşdırmaqdır.

“İstehlakçı.az” - sosial layihədir. Platforma istehlakçılar üçün bələdçi rolunu oynayır, onların öz hüquqları barəsində məlumatlılığının artırılmasına xidmət edir. Sahibkarlar da bu platforma vasitəsilə istehlakçılara münasibətdə hüquqları, vəzifələri və bu sahədə qanunvericiliyin tələbləri barədə geniş məlumat əldə edə bilərlər.

İstehlakçılar hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə aidiyyəti dövlət qurumlarına, məhkəməyə, eləcə də səlahiyyətli ictimai birliklərə müraciət etmək hüququna malikdirlər. Bu hüquqların realizə edilməsinə qanunvericiliklə təminat verilir. Hazırki platforma həmin qurumların fəaliyyətini əvəz etmir. “İstehlakçı.az” layihəsi hüquqlarının həyata keçirilməsi və müdafiəsi zamanı istehlakçıları doğru istiqamətləndirməyi və maarifləndirməyi hədəf alır.

Platformada istehlakçıların hüquqlarına dair praktiki məsələlər, qanunvericilik və hüquqi müdafiə vasitələri barədə məlumatlar yerləşdirilib. Bu məlumatlar böyükdən kiçiyə hər kəsin anlayacağı tərzdə təqdim olunur.

Layihənin təşəbbüskarı və platformanın operatoru Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.

Məqsəd və missiyamız

Məqsədimiz - istehlakçıların qanunvericiliklə təminat verilmiş hüquqları barədə istehlakçıları və sahibkarlıq subyektlərini maarifləndirmək, bununla da istehlakçı hüquqlarının pozulmasının qarşısını almaq,  kazuslar üzərindən istehlakçı hüquqlarının həyata keçirilməsi və müdafiəsi qaydalarını izah etməkdir. Platforma istehlakçılara müraciət etməli olduqları qurumlar və əməl etməli olduqları prosedurlara dair məlumatlar təqdim etməklə mövcud və yarana biləcək problemlərin səmərəli həllinə imkan yaradır.

Missiyamız - cəmiyyətimizə məlumatlı istehlakçı zehniyyətini aşılamaq, sahibkar-istehlakçı münasibətlərində qarşılıqlı etimada əsaslanan mədəniyyəti formalaşdırmaqdır.

Məqsəd və missiyamız
İstehlakçı kimdir?

İstehlakçı kimdir?

İstehlakçı - şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud belə niyyəti olan şəxsdir.

Daha ətraflı bax