İstehlakçıların hüquqlarının qorunması sahəsində dövlət nəzarətini səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətləri orqanları həyata keçirir.
İstehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.
Azərbaycan Respublikasının vətəndaşları öz hüquqlarının müdafiəsi üçün istehlakçıların ictimai təşkilatlarına (istehlakçılar birliyinə) müraciət edə bilərlər.
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə istehlakçının tələblərini yerinə yetirməklə yanaşı, ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.