İstehlakçı hüquqları

Mal müəyyən edilmiş çeşiddə verilmədikdə istehlakçının hüquqları

Alqı-satqı müqaviləsində müəyyən növ, model, ölçü, rəng və ya digər xüsusiyyətlərə uyğun əşyalar verilməsi mövcuddursa, satıcı həmin əşyaları alıcıya razılaşdırılmış çeşiddə təqdim etməlidir.

Əgər satıcı müqavilə şərtinə uyğun olmayan çeşiddə əşyalar verərsə, alıcı bunları qəbul etməkdən imtina edə bilər və ödədiyi məbləği geri tələb edə bilər.

Alıcı satıcının müqavilə şərtinə uyğun olmayan çeşiddə əşyalar verdiyini gördükdə, aşağıdakı variantlardan birini seçə bilər:

  • Müqaviləyə uyğun əşyaları qəbul edib, digər əşyaları qəbul etməmək;
  • Verilən bütün əşyalardan imtina etmək;
  • Müqaviləyə uyğun olmayan əşyaların nəzərdə tutulan çeşiddə əvəzlənməsini tələb etmək;
  • Verilən bütün əşyaları qəbul etmək.

Alıcı müqavilə şərtlərinə uyğun olmayan çeşiddə əşyaları qəbul etmədikdə və ya əvəzini istədikdə, həmin malların ödənilməsindən imtina edə bilər. Ödəniş həyata keçirilibsə, pulunu geri tələb edə bilər.

Müqavilə şərtlərinə uyğun olmayan çeşiddə əşyaları aldıqdan sonra ağlabatan müddət ərzində satıcıya imtinasını bildirmədikdə alıcı həmin əşyaları qəbul edilmiş sayılır.

Əgər alıcı müqaviləyə uyğun olmayan çeşiddə əşyaları qəbul edərsə, onları satıcı ilə razılaşdırılmış qiymətlə ödəməlidir. Satıcı qiyməti razılaşdırmaq üçün tədbir görməzsə, alıcı əşyaları müqavilə bağlanıldığı an oxşar əşyalar üçün müəyyən edilən qiymətlə ödəməlidir.

Bu qaydalar alqı-satqı müqaviləsində başqa xüsusi şərtlər nəzərdə tutulmadıqda tətbiq olunur.

Qanunvericilik

Keçid et arrow

Digər oxşar məlumatlar