İstehlakçı hüquqları

Satıcıya dair tələblər

Hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi, fiziki şəxs isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı və ya təchizatçı kimi fəaliyyətə başlaya bilər (lisenziya tələb olunan hallar istisna olmaqla).

Satıcı istehlakçıya məlumatları Azərbaycan dilində və ya tərəflər arasında razılaşdırılmış dildə və aydın şəkildə verməlidir.

Satıcı alıcılar və səlahiyyətli dövlət orqanlarının özü barədə zəruri məlumatlarla tanış olmasına imkan yaratmalıdır:

  • Hüquqi şəxsin adı, dövlət qeydiyyatı, ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı;
  • Əlaqə məlumatları (telefon, e-poçt və s.);
  • Ticarət reyestrinin adı və qeydiyyat məlumatları;
  • Xüsusi lisenziyanın tətbiqi zamanı lisenziya və onu verən orqan barədə məlumat;
  • VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);
  • Qiymətə verginin və çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat;
  • Ödəniş metodları (POS-terminal, internet və elektron pul kisəsi).

Satıcı bu məlumatlarla tanış olmaq imkanı yaratmadıqda onun fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) tərəfindən məhdudlaşdırılır.