İstehlakçı hüquqları

Müqavilənin icrasından imtina

Alıcı mal, iş və xidmətin ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz və səbəb göstərmədən müqavilənin icrasından imtina edə bilər.

Alıcı müqavilənin icrasından imtina etdikdə satıcı ödənilən məbləği 7 gün ərzində, əlavə xərc olmadan ona geri qaytarmalıdır. Bu zaman alıcıdan yalnız malın qaytarılması xərci tutulur.

Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:

  • 7 günlük müddət ərzində alıcının razılığı ilə icraya başlanılan müqavilələr;
  • Qiymətləri satıcı tərəfindən tənzimlənməyən, maliyyə bazarındakı dəyişmələrdən asılı olan malların təchizatı ilə  bağlı olan müqavilələr;
  • Alıcının xüsusi tələbi əsasında  geri qaytarılması mümkün olmayan, tez xarab olan və ya məhdud istifadə müddəti olan mallar üzrə müqavilələr;
  • Audio, video yazılar və kompüter proqram təminatları, digər malların qablaşdırma materialı alıcı tərəfindən açıldıqda və ya pozulduqda;
  • Dövri mətbuat (qəzet, jurnal və s).

Digər oxşar məlumatlar