İstehlakçı hüquqları

Müqavilə bağlanılmasına dair tələblər

Alıcı sifariş verməzdən əvvəl aşağıdakı məlumatlarla təmin olunmalıdır:

  • Təchizatçının adı və ünvanı;
  • Mal, iş və xidmətlərin əsas xüsusiyyətləri;
  • Vergilər daxil olmaqla mal, iş və xidmətlərin qiymətləri;
  • Çatdırılma xərcləri və şərtləri;
  • Ödəniş və sifarişin icrası şərtləri;
  • İmtina hüququndan istifadə imkanı;
  • Təklifin və qiymətin qüvvədə olduğu müddət;
  • Zəruri halda mal, iş və xidmətlərin təchiz edilməsinin minimal müddəti;
  • Müqavilənin bağlanma üsulu və mərhələləri;
  • Müqavilənin qeydiyyatı və ona çıxış imkanı;
  • Sifariş verərkən səhvlərin düzəldilməsi üçün texniki imkanlar.

Satıcı sifarişin alındığını dərhal alıcıya bildirməlidir. Alıcı sifarişin təsdiqləndiyini görərsə, sifariş qəbul edilmiş sayılır.

Təsdiqləmə zamanı aşağıdakı məlumatlar verilməlidir:

- müqavilənin icrasından imtinanın şərtləri və proseduru;

- alıcının (sifarişçinin) şikayət edə biləcəyi ünvan;

- satışdan sonrakı xidmət və zəmanətlər;

- müqavilənin bir ildən artıq və ya qeyri-müəyyən müddətə bağlandığı halda dayandırılması şərtləri.

Qeyd olunan tələblər birdəfəyə göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda alıcıya (sifarişçiyə) ancaq şikayət edə biləcəyi ünvan bildirilməlidir.