İstehlakçı hüquqları

Məsuliyyət

Elektron ticarət haqqında qanunvericiliyi pozan şəxs qanun çərçivəsində məsuliyyət daşıyır.

Satıcı (təchizatçı) alıcıya və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Vətəndaşlar alış-veriş etməzdən öncə müvafiq satıcı barəsində şikayətlərin olub-olmadığına, həmin onlayn mağazadan daha öncə alış-veriş etmiş istehlakçıların rəylərinə diqqət yetirməlidirlər.

İstehlakçılara əlaqə məlumatları (telefon, elektron poçt ünvanı və s.) paylaşılmayan satış platformalarından alış-veriş etməkdən çəkinmələri tövsiyə olunur.

Digər oxşar məlumatlar